Xəzər Xəbər

Bu ölkədə meşələri yandıranlar güllələnəcək

Dünya | 12:48 • 17 Avqust 2018
Bu ölkədə meşələri yandıranlar güllələnəcək
İndoneziyanın Sumatra adasındakı Riau əyalətinin hərbçilərinə meşə yanğını törədənləri xəbərdarlıq etmədən güllələməyə icazə verilib. Lakin əgər yanğını törədən insan cinayət üstündə yaxalanarsa, ona qarşı bu cür tədbir görülməlidir.


Yerli hakimiyyət meşə yanğınları zamanı alovun sürətlə yayıldığına görə bu cür qərar qəbul edib. Bildirilib ki, Riaudakı yanğınların 99 faizi məhz məsuliyyətsiz insanların bilərəkdən etdikləri hərəkətlərlə bağlıdır.


Qeyd edək ki, avqustun 18-dən sentyabrın 2-dək İndoneziyanın paytaxtı Cakartada və Cənubi Sumatradakı Palembanqa şəhərlərində Asiya Oyunları keçiriləcək. İndoneziyanın prezidenti Coko Vidodo hökumətə tapşırıq verib ki, oyunların yanğın səbəbindən pozulmaması üçün bütün mümkün tədbirləri həyata keçirsinlər. /azvision.az

Xəbər lenti