Xəzər Xəbər

Bu şəhərdə küçədə oturmaq QADAĞAN EDİLDİ

Dünya | 12:18 • 17 Avqust 2018
Bu şəhərdə küçədə oturmaq

Fransanın Besançon şəhərində küçədə oturmaq və spritli içki qəbul etmək qadağan olunub.

Ölkənin şərqində yerləşən Besançon şəhərinin bələdiyyəsi dilənçilik fəaliyyətinin qarşısını almaq məqsədilə bu qərarı qəbul edib.

Bələdiyyə sədri Jean-Luiz Fousseret şəhərin böyük qismində tətbiq ediləcək oturma, uzanma, spirtli içki qəbulunu və toplaşmağı qadağan edən bələdiyyə məclisi qərarını təsdiq edib.

İlk mərhələdə 30 sentyabra qədər tətbiq ediləcək qərar bazar günü xaric olmaqla həftəiçi hər gün 10:00-20:00 saatlarında keçərli olacaq. Gərək olarsa, qadağa yenidən uzadılacaq.

Qanunu pozan vətəndaş 38 avro cərimə ödəməli olacaq./publika.az

Xəbər lenti