Cənubi Afrika Respublikasında naməlum şəxslər mikroavtobusa hücum ediblər. Nəticədə 11 nəfər həlak olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mikroavtobusun sərnişinləri Taksiçilər Assosiasiyasının üzvləri olublar. Onlar Kvazulu-Natal vilayətindən Yohannesburqa həmkarlarının dəfnində iştirak etməyə gedirlərmiş.