Xəzər Xəbər

London Brüsselə 51 milyardı ödəməkdən imtina edir

Dünya | 11:28 • 22 İyul 2018
London Brüsselə 51 milyardı ödəməkdən imtina edir

Böyük Britaniya "Breksit” üçün Avropa İttifaqına ödəmələrdən imtina edə bilər.

Publika.az xəbər verir ki, bu haqda "Breksit” məsələləri üzrə nazir Dominik Raab "The Telegrapf” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Brüssel Avropa İttifaqı ilə "boşanma”dan sonra yeni ticarət razılaşması imzalamasa, Böyük Britaniya quruma kompensasiyaları ödəməkdən imtina edəcək.

"Avropa İttifaqı haqqında müqavilədə göstərilir ki, ittifaqdan çıxış haqqında danışıqların gedişinda həmçinin, gələcək münasibətlərin parametrləri üzrə məsələlər həll edilməlidir. Ola bilməz ki, bir tərəf saziş üzrə öz öhdəliklərini yerinə yetirsin, digər tərəf yerinə yetorməsin”, - o dedi.

İndiki razılaşmalara görə, Böyük Britaniya "Breksit” üçün Avropa İttifaqına 39 milyard funt-sterlinq (51 milyard avro) ödəməlidir.

Xəbər lenti