Xəzər Xəbər

Əsəd Qərbi ittiham etdi: “Kimyəvi silahdan imtina etmişik”

Dünya | 17:00 • 25 İyun 2018
Əsəd Qərbi ittiham etdi:
Dəməşqin əlində kimyəvi silah artıq yoxdur. Biz kimyəvi silahdan 5 il bundan əvvəl imtina etmişik. Bu silahı tətbiq etdiyimiz barədə ittihamlar isə Suriya ərazisinə müdaxilə üçün başqa dövlətlərin istifadə etdiyi bəhanədir.

Xəzərəbər "Euronews”a istinadən xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd Rusiyanın NTV telekanalına müsahibəsində deyib.


"2013-cü ildən bəri bizim kimyəvi silahımız yoxdur. Amma olsa belə, bu silhalı müharibədə qələbə çalanda yox, məğlubiyyətə uğrayanda istifadə edirlər. Bax, elə onlar da (Qərb ölkələri – red.) biz hər qələbə çalanda faktiki olaraq kimyəvi silahdan istifadə edirlər. Odur ki, bu cür iddialar məntiqə ziddir və yalnız Suriyadakı terrorçuları dəstəkləmək üçün bəhanə kimi istifadə olunur”, - deyə Əsəd vurğulayıb.


Bundan əvvəl isə Bəşər Əsəd İordaniya ilə sərhəd əraziləri və İsrailin işğal etdiyi Colan yüksəkliklərini geri qaytaracaqlarını, həmçinin bütün ölkə üzrə Dəməşqin leqitim hakimiyyətini bərpa edəcəyini bəyan edib.

Qeyd edək ki, 7 ildir münaqişənin davam ediyi Suriyada bərpa işləri üçün ümumilikdə 350 milyard avro vəsait lazımdır.

Xəbər lenti