Xəzər Xəbər

Ərdoğan: “Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib”

Dünya | 17:02 • 20 İyun 2018
Ərdoğan: “Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib”

Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib, onlardan 3,5 milyonu suriyalı qaçqınlardır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


O qeyd edib ki, Türkiyə qaçqınların normal şəraitdə yaşadığı nadir ölkələrdəndir:


"Avropa İttifaqı ölkələri suriyalı qaçqınları qəbul etməkdən imtina edərkən Türkiyə suriyalı və iraqlı qaçqınlara qapılarını açdı”.


Qeyd edək ki, BMT Baş Assambleyasının 2000-ci ildə qəbul olunmuş qətnaməsinə əsasən BMT-nin "Qaçqınlarin statusu haqqında” 1951-ci il Konvensiyasının 50-ci ildönümü ilə əlaqədar 2001-ci ildən etibarən 20 iyun Ümumdünya Qaçqınlar Günü elan edilib. Dünyada hər il bu günlə bağlı tədbirlər keçirilir.

Xəbər lenti