Xəzər Xəbər

Niderlandda sürücü avtobusu insanların üzərinə sürüb, bir nəfər ölüb

Dünya | 11:22 • 18 İyun 2018
Niderlandda sürücü avtobusu insanların üzərinə sürüb, bir nəfər ölüb

Niderlandın şimalında naməlum sürücü avtobusu musiqi festivalı izləyicilərinin üzərinə sürüb.

APA-nın xəbərinə görə, bu barədə "De Morgen” qəzeti yerli polisə istinadən yazıb. Bildirilir ki, bu gecə baş verən hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Sürücü avtobusla birlikdə hadisə yerindən qaçıb, hazırda onun axtarışı aparılır.

Xəbər lenti