Xəzər Xəbər

Putin ABŞ-KXDR görüşünün ləğvindən narahatdır

Dünya | 15:02 • 25 May 2018
Putin ABŞ-KXDR görüşünün ləğvindən narahatdır

Rusiya prezidenti Vladimir Putin Vaşinqtonun ABŞ və Şimali Koreya sammitinin ləğvi ilə bağlı qərarından narahatdır.

"RİA Novosti"nin verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

"Prezident ləğv prosesindən narahatdır və təəssüflənir",-deyə Peskov əlavə edib.

Qeyd edək ki, mayın 24-də ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla planlaşdırılan görüşünü ləğv edib./FaktXəbər

Xəbər lenti