Rusiya prezidenti
Vladimir Putin və Almaniya kansleri Angela Merkel Soçidə keçirdiyi
görüşdə kraynanın şərqinə BMT sülhməramlılarının yerləşdirilməsi
məsələsini müzakirə edib. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, bu mövzu Putin-Merkel danışıqlarının gündəliyində
olub:
"İşlər davam etdiriləcək. Xarici işlər nazirləri və xarici
siyasət məsələləri üzrə köməkçilər xətti ilə bu məsələnin müzakirəsinin
davam etdirilməsi barədə razılıq əldə olunub. Amma Rusiya ilə Almaniya
bu cür missiyanın göndərilməsi məsələsini ikilikdə həll edə bilməzlər.
Bunu BMT Təhlükəsizlik Şurasında müzakirə etmək lazımdır” – deyə Peskov bildirib.
Xatırladaq ki, 2017-ci ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin ATƏT nümayəndələrinin təhlükəsizliyi üçün Donbassdakı təmas xəttində BMT sülhməramlılarının yerləşdirilməsini təklif edib. Rəsmi Kiyevdə
isə təkid edirlər ki, sülhməramlılar Donbassın bütün ərazisi üzrə, o
cümlədən Ukraynanın Rusiya ilə sərhəddində yerləşdirilməlidir.