Xəzər Xəbər

Lavrov Nalbandyanla görüşüb

Dünya | 17:01 • 26 Aprel 2018
Lavrov Nalbandyanla görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşüb.


Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.


O bildirib ki, nazirlər arasında görüş qısa davam edib.


XİN rəsmisi qeyd edib: "Görüşdə əsasən qoşunların qarşıdurma xəttində vəziyyət müzakirə olunub”.


Qeyd edək ki, Ermənistan XİN rəhbəri E.Nalbandyan bu gün Moskvaya gəlib.

Xəbər lenti