Xəzər Xəbər

Ukraynanın Antalyada baş konsulluğu açılır

Dünya | 15:21 • 26 Aprel 2018
Ukraynanın Antalyada baş konsulluğu açılır

Ukraynanın xarici işlər naziri Pavel Klimkin aprelin 26-da Türkiyəyə işgüzar səfərə gəlib.


AZƏRTAC Ukraynanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, səfər çərçivəsində P.Klimkin türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.


Görüşdə ikitərəfli əməkdaşlığın inkişafı üçün görüləcək işlər müzakirə edilib. Bildirilib ki, bu il Antalyada Ukraynanın baş konsulluğu fəaliyyətə başlayacaq.


Qeyd edək ki, bu, P.Klimkinin ilin əvvəlindən Türkiyəyə üçüncü səfəridir.

Xəbər lenti