Xəzər Xəbər

Aİ Ermənistanda aksiyada saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edib

Dünya | 19:04 • 22 Aprel 2018
Aİ Ermənistanda aksiyada saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edib

Avropa İttifaqı (Aİ) Ermənistanda müxalifətin keçirdiyi mitinq zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edib və tərəfləri təmkinli olmağa çağırıb.


Xezerxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, bu gün Aİ-nin xarici siyasət xidmətinin mətbuat xidmətinin rəhbəri Mayi Kosnyançiçin yaydığı bəyanatda əksini tapıb.

Bəyanatda tərəflər məsuliyyətli olmağa dəvət edilir.

Qeyd edək ki, son məlumata əsasən Ermənistan hüquq-mühafizə orqanları keçmiş prezident Serj Sarkisyanın baş nazir postunu tutmasına etirazla bağlı bu gün keçirilən aksiyada iştirak edənlərdən 228 nəfəri saxlayıb. Saxlanılanlar arasında müxalifətçi deputat Nikol Paşinyan da var.

Qarşıdurmalar zamanı 7 nəfər xəsarət alıb.

Xəbər lenti