Mun Çje İn bildirib ki, 65 ildir mövcud olan atəşkəs rejiminə son qoymalı və müharibəni sona çatdırmağa dair bəyannamə vasitəsilə sülh müqaviləsi bağlamağa çalışmalıyıq.
Qeyd edək ki, 1950-1953-cü illərdə Koreya müharibəsindən sonra KXDR və ABŞ rəsmi şəkildə müharibə vəziyyətindədirlər. Pxenyan tərəfindən sülh müqaviləsi bağlamaq üçün olunan bütün cəhdlər, Vaşinqton tərəfindən rədd edilib.