Xəzər Xəbər

“Breksit”dən sonra “Çeksit” ehtimalı və onun Çexiya iqtisadiyyatına təsiri

Dünya | 10:32 • 18 Fevral 2018
“Breksit”dən sonra “Çeksit” ehtimalı və onun Çexiya iqtisadiyyatına təsiri

2013-cü ildən Çexiyada ixracatın həcmi üç dəfədən çox artıb və 2017-ci ildə yenidən rekord səciyyəyə çatıb. Bu ölkənin statistika idarəsinin məlumatına görə, çex şirkətləri 4,2 trilyon kron məbləğində mal və xidmətlər ixrac ediblər.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Çexiya Sənaye və Ticarət Nazirliyində keçirilmiş görüşdə hökumət nümayəndələri, işəgötürənlər və həmkarlar təşkilatları ixracatda artım tempinin qorunub saxlanılması imkanlarını müzakirə ediblər. İstefada olan hökumətin sənaye naziri Tomaş Ginerin sözlərinə görə, son illər yerli şirkətlər daha çox rəqabətə davamlı olublar, Çex Respublikası isə bu sahədə heç vaxt 2017-ci ildəki kimi nailiyyətlər əldə etməyib.


Son illər çex ixracatının təqribən 84 faizi Aİ ölkələri bazarlarının payına düşür. Çex-Moraviya Həmkarlar İttifaqları Konfederasiyasının sədri Yozef Strşedula Aİ-nin tərkibindən çıxmasının ölkə üçün mənfi nəticələrini qeyd edib. Onun sözlərinə görə, "Czexit” adlanan proses bir sıra sahələrin, şirkətlərin iflasına və kütləvi işsizliyə gətirib çıxara bilər. "Aİ-dən çıxmaqdan danışanlar alternativ variant təklif etmək əvəzinə, əhalidə belə yanlış rəy yaradırlar ki, bu çıxışın hansısa müsbət nəticələrə təsiri ola bilər”, -deyə Y.Strşedula vurğulayıb.

Xəbər lenti