Xəzər Xəbər

Ukrayna Rusiya ilə danışıqların şərtini açıqladı

Dünya | 09:45 • 18 Fevral 2018
Ukrayna Rusiya ilə danışıqların şərtini açıqladı

"Rusiya hərbçiləri torpağımdan, Ukrayna ərazisindən çıxarılmalıdır. Ölkəmin ərazi bütövlüyü bərpa olunduqdan sonra biz digər müxtəlif məsələlər ətrafında danışıqlar apara bilərik”. 


Xezerxeber.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya ilə danışıqların bərpa olunmasına münasibət bildirərkən deyib.

Pyotr Poroşenko bildirib ki, bu şərtlərin yerinə yetirildiyi günün səhəri Rusiya ilə müzakirələr aparmaq mümkündür.

P.Poroşenko Ukraynada daxili münaqişənin olmadığını vurğulayıb.

Xəbər lenti