Xəzər Xəbər

İsrail aviasiyası Qəzza zolağında altı hədəfə zərbələr endirib

Dünya | 09:09 • 18 Fevral 2018
İsrail aviasiyası Qəzza zolağında altı hədəfə zərbələr endirib

İsrail hərbçilərinin sərhəd yaxınlığında minaya düşməsinə cavab olaraq aviasiya Qəzza zolağındakı altı hədəfə zərbələr endirib.

Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hədəflər arasında Qəzza zolağından İsrail istiqamətində qazılan tunel, Xan Yunis və Deyr əl Balah şəhərlərində hərbi bazalar və silah istehsalı müəssisələrin olduğu iddia edilir.

"Ümumilikdə "HƏMAS”a aid altı hədəfə hücum edilib”, - deyə hərbçilərin məlumatında bildirilir.

Qeyd edək ki, bundan əvvəl Qəzza zolağı ilə sərhəddə 4 İsrail hərbçisi minaya düşərək yaralanıb.


Rubrikanın digər xəbərləri

Xəbər lenti