Xəzər Xəbər

Türkiyə ordusu iki şəhid verib

Dünya | 09:03 • 18 Fevral 2018
Türkiyə ordusu iki şəhid verib

Fevralın 17-də PKK, PYD/YPG terrorçuları ilə döyüşlər zamanı 2 Türkiyə hərbçisi həlak olub, biri isə yaralanıb.


Xezerxeber.az-ın Türkiyə Baş Qərargahına istinadən verdiyi xəbərə görə, hərbçilərdən biri Suriyanın Afrin bölgəsində aparılan əməliyyat zamanı, digəri isə Türkiyənin Hakkari əyalətinin Şemdinli rayonunda şəhid olub.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

Xəbər lenti