Xəzər Xəbər

Afrində əməliyyatlar nə vaxt başa çatacaq? Türkiyənin şərti

Dünya | 17:10 • 23 Yanvar 2018
Afrində əməliyyatlar nə vaxt başa çatacaq?

"Türkiyə bu günə qədər həyata keçirdiyi əməliyyatlarda özü ilə heç bir yerə zülm, qan, göz yaşı aparmayıb”.

XəzərXəbər "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib. Ərdoğanın sözçüsü qeyd edib ki, "Zeytun budağı” əməliyyatı planlaşdırılan şəkildə uğurla davam etdirilir:

"Azad Suriya Ordusuna dəstək verən Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri Afrində müəyyən edilən terror təşkilatına aid hədəfləri məhv edərək təhlükəsiz şəkildə irəli gedir”.

Kalının sözlərinə görə, terror qruplaşması bölgədən tamamilə təmizlənənə, Türkiyədə yaşayan 3,5 milyona yaxın suriyalı qaçqın öz evlərinə qayıdana kimi Afrində əməliyyatlar davam etdiriləcək.

Xəbər lenti