Xəzər Xəbər

Kabildə mehmanxanaya hücum nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb

Dünya | 17:54 • 21 Yanvar 2018
Kabildə mehmanxanaya hücum nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb

Kabildə "Intercontinental Hotel” mehmanxanasına hücum nəticəsində həyatını itirən mülki şəxslərin sayı 43 nəfərə çatıb.

Bu barədə "Tolo News" telekanalı Əfqanıstan güc strukturlarına istinadən məlumat yayıb.

Bundan əvvəl mehmanxanaya hücum nəticəsində 12 nəfərin öldüyü açıqlanıb. Əfqanıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda 41 əcnəbi olmaqla, mehmanxanadakı 126 qonağın və mehmanxana əməkdaşlarının azad edildiyini bildirilib.

"Taliban" Hərəkatı mehmanxanaya hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Mehmanxanaya hücumda 5 silahlı iştirak edib, 18 saat ərzində atışma nəticəsində terrorçular öldürülüb .

Hazırda mehmanxanada başlamış yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Xəbər lenti