Xəzər Xəbər

Dolların məzənnəsi fantastik həddə çatdı Türkiyədə

Dünya | 15:01 • 21 Noyabr 2017
Dolların məzənnəsi fantastik həddə çatdı

Türkiyədə dolların məzənnəsi rekordu təzələyib.

Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün rekordu təzələyib. "Bloombergh" xəbər verir ki, USD/TL məzənnəsi bu gün 1 faiz artımla 3.97 səviyyəsini də aşaraq tarixi rekord səviyyəyə yüksəlib.

Türk lirəsi "Bloomberg"in təqib etdiyi 24 inkişaf edən ölkə valyutası arasında ən çox dəyər itirən pul vahidi olub. Avro/TL 4.6747, Fund-sterlinq/TL də 5.23 ilə rekordu təzələyib. Türk lirəsi ilin əvvəlindən bəri avro qarşısında da 20 faiz ucuzlaşıb. Lirə ilin əvvəlindən bəri dollar qarşısında 12 faiz düşüb və 5-ci ili də dollara qarşı itki ilə bağlamağa hazırlaşır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın inflyasiyanın aşağı düşməsi üçün faizlərin azaldılması ilə bağlı açıqlamaları, ABŞ və Avropa ilə diplomatik problemlər və s. buna mənfi təsir göstərib.

USD/TL məzənnəsi son olaraq bu ilin 11 yanvarında 3.9415 ilə rekord səviyyəyə gəlmişdi.

Xəbər lenti