Xəzər Xəbər

Rza Zərrabın işi ilə bağlı məhkəmə 2 saatlıq GİZLİ İCLAS keçirdi - QƏRAR

Dünya | 14:14 • 21 Noyabr 2017
Rza Zərrabın işi ilə bağlı məhkəmə

Türkiyə və İran vətəndaşı, azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-da keçiriləcək məhkəməsi təxirə salınıb.

Məhkəmə prosesində iştirak edəcək jüri heyətinin seçimi 27 noyabr, məhkəmə prosesi isə 4 dekabr tarixinə təyin edilib.

Qərar hakimlərin və vəkillərin qatıldığı 2 saatlıq gizli iclasda qəbul edilib. Məhkəmə iclasında təqsirləndirilən şəxslərdən biri -Türkiyənin "Xalqbank” bankının müdir köməkçisi Mehmet Hakan Atilla iştirak edib. Lakin Rza Zərrab məhkəmə iclasına gətirilməyib.

Qeyd edək ki, Rza Zərrab və Mehmet Hakan Atilla ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilir./publika.az

Xəbər lenti