Xəzər Xəbər

“Artıq zəmin hazırlanıb” Ankaradan müharibə XƏBƏRDARLIĞI

Dünya | 13:34 • 25 Sentyabr 2017
“Artıq zəmin hazırlanıb”

"Şimali İraq kürd muxtariyyətində keçirilən referendum silahlı qarşıdurma üçün zəmin hazırlayıb".

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım NTV telekanalın efirində deyib.

"Bütün dünyanın xəbərdarlıqlarına baxmayaraq, referendum keçirilir. Bu qanunsuzluğu heç bir şəkildə tanınmayacağıq”, - baş nazir bildirib.

Binəli Yıldırım qeyd edib ki, Ankara iqtisadi, siyasi və hərbi cavab tədbirləri üzərində işləyəcək:

"Sərhəd qapıları və hava limanları artıq İraq mərkəzi hökumətinin nəzarətindədir və onlar tərəfindən idarə olunur. Buna neft və kommunikasiya da daxildir. Qəbul edəcəyimiz qararlarla əlaqədar qarşımızdakı tək qanuni tərəf Bağdaddır. Danışıqlar davam edir və qısa müddətdə müvafiq addımlar atılacaq. İraq tərəfindən rəsmi tələblər edilib. Baş nazirlik tərkibindəki komitə onları qiymətləndirir”./publika.az

Xəbər lenti