Xəzər Xəbər

Dünyanın diqqəti İraqda Bərzani səs verdi

Dünya | 12:58 • 25 Sentyabr 2017
Dünyanın diqqəti İraqda

İraq Kürdüstanı Yerli Müxtariyyətinin rəhbəri Məsud Bərzani bu gün keçirilən müstəqillik referendumunda səs verib.

XəzərXəbər xəbər verir ki, səsvermə Ərbildə olan səsvermə məntəqələrinin birində baş tutub. O, jurnalistlərin suallarına cavab verməyib.

Qeyd edək ki, İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar. M. Bərzani isə geri addım atmayacaqlarını deyib.

Xəbər lenti