Xəzər Xəbər

UNESCO Qarabağa missiya göndərmək istəyir

Dünya | 17:58 • 3 Dekabr 2020
UNESCO Qarabağa missiya göndərmək istəyir

UNESCO Qarabağda xristian və müsəlman məbədlərinin vəziyyətini monitorinq etmək üçün missiya göndərmək niyyətindədir.


Xezerxeber.az-ın məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.


O, UNESCO-nun baş direktoru Odri Azulenin münaqişə regionuna müvafiq missiya göndərmək barədə niyyətini dəstəklədiklərini açıqlayıb: "Odri Azule bu niyyətini Rusiya XİN başçısı Sergey Lavrovla 20 noyabrda telefon danışığı zamanı təsdiqləyib. Ümid edirik ki, Azərbaycan və Ermənistan tərəfi ilə əməkdaşlığa hazır olan UNESCO-nun abidələrin mühafizəsi və qorunması sahəsində tərəfdaşlarından ibarət missiyası yaxın vaxtlarda hadisə yerinə gələ və vəziyyətə obyektiv qiymət verə biləcək”.


Atif

Xəbər lenti