Xəzər Xəbər

Paşinyanı Manukyan əvəzləyə bilər

Dünya | 16:52 • 3 Dekabr 2020
Paşinyanı Manukyan əvəzləyə bilər

Ermənistanda 17 müxalif partiya baş nazir vəzifəsinə Vazgen Manukyanın namizədliyini təklif edib.


Xezerxeber.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə müxalifət liderlərinin görüşündə qərar verilib.


Deputatların sözlərinə görə, parlamentdə baş nazir Nikol Paşinyanın istefa verməsinin zəruriliyi barədə konsensus mövcuddur.


V.Manukyanın parlament tərəfindən baş nazir seçiləcəyi təqdirdə onun erkən seçkilər təyin edəcəyi gözlənilir.


Qeyd edək ki, Vazgen Manukyan 1990-93-cü illərdə Ermənistan baş naziri və müdafiə naziri işləyib.


O, 1996-cı ildə prezidentliyə namizədliyini vermişdi.


Atif

Xəbər lenti