Xəzər Xəbər

Lavrov ATƏT-ə üzv ölkələri Qarabağla bağlı razılaşmaya dəstək olmağa çağırdı

Dünya | 16:46 • 3 Dekabr 2020
Lavrov ATƏT-ə üzv ölkələri Qarabağla bağlı razılaşmaya dəstək olmağa çağırdı
ATƏT məkanındakı böhranlı vəziyyətlərin həlli ilə bağlı əldə olunan razılaşmalar təşkilata üzv ölkələr tərəfindən daha çox dəstək almalıdır.


Xezerxeber.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Xarici İşlər Nazirləri Şurasının videokonfrans formasında keçirilən 27-ci iclasında çıxış edərkən deyib.


Lavrov deyib ki, ATƏT-ə üzv dövlətlərin dəstəyi razılaşmaların həyata keçirilməsinə yardımçı ola bilər: "Dağlıq Qarabağdakı münaqişənin nizamlanmasına münasibətdə də bunu gözləyirik. Biz bu prosesə hər cür dəstəyi göstərməyi davam edəcəyik. ATƏT-in Minsk qrupu həmsədrləri arasındakı əməkdaşlığı qiymətləndiririk”.


Atif

Xəbər lenti