Xəzər Xəbər

Ahmet Davutoğlu koronavirusa yoluxdu

Dünya | 18:16 • 27 Noyabr 2020
Ahmet Davutoğlu koronavirusa yoluxdu

Türkiyədə yeni yaradılmış Gələcək Partiyasının sədri Ahmet Davutoğlunda koronavirus aşkarlanıb.


"Yeniçağ” qəzeti xəbər verir ki, bunu partiyanın sözçüsü Serkan Özcan deyib.


"Hazırda durumu yaxşıdır, evində istirahət edir. Cənab sədrimizə şəfa diləyirik”, - o qeyd edib.


Qeyd edək ki, Ahmet Davutoğlu Türkiyənin xarici işlər naziri və baş naziri vəzifələrini tutub. O həmçinin 3 dəfə Ədalət və İnkişaf Partiyasından deputat seçilib./report

Xəbər lenti