Xəzər Xəbər

Ermənistan hər gün 100 milyon dollar itirir

Dünya | 13:32 • 20 Oktyabr 2020
Ermənistan hər gün 100 milyon dollar itirir

Türkiyə mətbuatı Ermənistanla bağlı maraqlı fakt açıqlayıb. 


"A haber" saytının yaydığı xəbərdə bildirilib ki, müharibə Ermənistana gündəlik orta hesabla 100 milyon dollara başa gəlir.


Onsuz da çətin vəziyyətdə olan Ermənistan iqtisadiyyatının bu vəziyyətə nə qədər davam gətirəcəyi böyük sual doğurur.


Digər tərəfdən, pulla müxtəlif ölkələrdən gətirilən əsgərlərin Azərbaycan Ordusu qarşısında çarəsiz qaldığı məlum olub. Nəhayət, 100 qadından ibarət dəstə yaradılaraq bölgəyə göndərilib.


Hərbi texnikaların itirilməsindən əlavə olaraq toqquşmalarda minlərlə əsgərini itirən Ermənistan ordusunda vəziyyət acınacaqlıdır. Erməni əsgərlər cəbhə bölgəsinə qayıtmaq istəmirlər. Dəhşətə gələn və döyüş meydanında ölümdən qorxan erməni əsgərləri üçün xəstəxanalara əlavə psixoloqların göndərildiyi məlum olub.


"Yeni Şafak" qəzetinin xəbərinə görə, mindən çox quru və hava hücumundan müdafiə vasitələri və raket və artilleriya sistemləri məhv edilən Ermənistan ordusunun ziyanı 2 milyard dollara çatıb.


Azərbaycanla Ermənistan arasındakı iqtisadi mənzərəni şərh edən mütəxəssislər iki ölkə arasında uçurum olduğunu deyir. Müharibənin uzanmasının təkcə Ermənistan ordusu üçün deyil, həm də Ermənistan iqtisadiyyatı üçün faciəli sonluqla bitəcəyi gözlənilir. 


BAKU.WS

Xəbər lenti