Xəzər Xəbər

Türkiyə Prezident köməkçisindən Azərbaycan dilində təbrik mesajı - FOTO

Dünya | 18:51 • 18 Oktyabr 2020
Türkiyə Prezident köməkçisindən

Azərbaycanın Müstəqillik Günü münasibətilə Ankaradan birlik və həmrəylik mesajları gəlməkdə davam edir.

Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay da bu münasibətlə "Twitter” hesabında Azərbaycan dilində paylaşım edib.

"Qardaş ölkə can Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edir, ərazi bütövlüyü uğrunda göstərdiyi haqlı mübarizədə uğurlar arzu edirik...

Müstəqilliyiniz əbədi, torpaqlarınız azad, qardaşlığımız daimi olsun!”, - deyə F.Oktay qeyd edib.

Xəbər lenti