Xəzər Xəbər

ÜST rəsmisindən SOS: “Yoluxmalar artacaq”

Dünya | 18:31 • 18 Sentyabr 2020
ÜST rəsmisindən SOS:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional direktoru Hans Kluge Avropa Birliyi ölkələrinin yarısından çoxunda son iki həftədə gündəlik yoluxma sayının ikiqat artdığını və xəstəliyin yenidən şiddətlənəcəyini bildirib.


Kopenhagendə çıxış edən Kluge təkcə son bir həftə ərzində Avropada 300 mindən çox yeni yoluxmanın aşkarlandığını, bunun da mart ayındakı rəqəmlərdən çox olduğunu bildirib:



"Artıq daha çox test edildiyi üçün daha çox yoluxma qeydə alınır, digər tərəfdən də epidemiyanın regionda sürətlə yayılması bizi narahat edir”./Publika.az

Xəbər lenti