Xəzər Xəbər

“Hubble” teleskopu Yupiterdə fırtına görüb

Dünya | 09:31 • 18 Sentyabr 2020
“Hubble” teleskopu Yupiterdə fırtına görüb

Alimlər "Hubble” teleskopunun köməyilə Yupiterdə avqustun 18-dən başlanmış unikal ağ fırtınanın təsvirini əldə ediblər. Təsvir teleskopun rəsmi saytında yerləşdirilib.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təsvir avqustun 25-də, planet Yerdən 653 milyon kilometr məsafədə olarkən əldə edilib. Kadrda nəhəng planetdən solda onun peyklərindən biri olan Avropa görünür.


Məlumatda bildirilir ki, "Hubble” vasitəsilə əldə edilmiş yeni təsvir unikal və cəlbedicidir – şimal enliklərində uzanmış parlaq və ağ fırtına saatda 560 kilometr sürətlə hərəkət edir.


Günəş sisteminin ən böyük planeti olan Yupiter qaz nəhəngi kimi xarakterizə edilir. Yupiterin 79 peyki var. Onlar arasında İo, Avropa, Qanimed və Kallisto ən böyükləridir.

Xəbər lenti