Xəzər Xəbər

Qırğızıstanda koronavirusa yoluxanların sayı 42 minə çatdı

Dünya | 15:41 • 15 Avqust 2020
Qırğızıstanda koronavirusa yoluxanların sayı 42 minə çatdı

Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna 272 nəfər yoluxub. Pandemiya dövründə bu virusa yoluxanların ümumi sayı 41 min 645 nəfərə çatıb.


Qırğızıstan Səhiyyə Nazirliyinn mətbuat xidməti xəbər verir ki, son 24 saat ərzində koronavirusdan 2 nəfər ölüb və bu səbəbdən həyatını itirənlərin ümumi sayı 1493-ə çatıb.


Son sutkada 12, ümumiyyətlə isə 3 min 18 tibb işçisi virusa yoluxub.


Bildirilib ki, ötən gecə Moskvadan Bişkekə 155, Sankt-Peterburqdan isə Oş şəhərinə 157 Qırğızıstan vətəndaşı gətirilib./AZƏRTAC

Xəbər lenti