Xəzər Xəbər

Çində yayılan yeni virus daha bir nəfərin həyatına son qoydu

Dünya | 11:53 • 12 Avqust 2020
Çində yayılan yeni virus daha bir nəfərin həyatına son qoydu

Çinin Daxili Monqolustan Muxtar Vilayətində bubonik vəba xəstəliyindən yeni ölüm faktı qeydə alınıb.


Bu barədə "Sinxua” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.


Bildirilib ki, 42 yaşlı kişi ötən gecə vilayətin qərbindəki Xovd bölgəsində vəfat edib.



Daha əvvəl Bayan-Nur şəhərində bu xəstəlik səbəbilə 2 nəfər dünyasını dəyişmişdi.


Xəstəliyin gəmirici heyvanlardan yoluxduğu məlumdur./Publika.az

Xəbər lenti