Xəzər Xəbər

Hindistanda bir gündə 53 mindən çox yoluxma aşkarlandı

Dünya | 10:58 • 11 Avqust 2020
Hindistanda bir gündə 53 mindən çox yoluxma aşkarlandı

Hindistanda son sutkada 53 016 nəfərə COVID-19 diaqnozu qoyulub.


Bunu ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi açıqlayıb.


Bildirilib ki, ölkə üzrə yoluxanların ümumi sayı 2 267 153 nəfərə yüksəlib.


Cənubi Asiyanın bu ölkəsində son sutkada 887 nəfər pandemiyanın qurbanı olub. Pandemiya qurbanlarının sayı 45 353 nəfərə çatıb.


Məlumata görə, hazırda xəstəxanalarda 640 160 pasiyent müalicə alır, 1 581 640 nəfər isə sağalaraq evə buraxılıb.

Xəbər lenti