Bu gündən etibarən Fransanın paytaxtı Paris şəhərindəSena çayının sahilində və əhalinin istirahət üçün daha çox üz tutduğu məkanlarda maska rejimi tətbiq olunacaq.
TASS xəbər verir ki, şəhər administrasiyası bu addımın ağırlaşan epidemioloji vəziyyətlə əlaqədar qəbul edildiyini bildirib.