Xəzər Xəbər

Məhərrəm İncədən şok qərar: “CHP-dən ayrılıb...”

Dünya | 13:51 • 4 Avqust 2020
Məhərrəm İncədən şok qərar: “CHP-dən ayrılıb...”

"CHP-li siyasətçi Məhərrəm İncə öz partiyasını qurmağa hazırlaşır”.


Bunu türk siyasi təhlilçi Əbdülqədir Səlvi deyib.


Səlvi İncənin Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayından sonra partiyasını elan edəcəyini bildirib.


O, CHP kimi siyasi təşkilatdan uzaqlaşıb partiya qurmağın o qədər də asan olmadığını söyləyib:


"Bundan əvvəl yeni partiya qurma iddialarını sürətlə təkzib edən İncə bu dəfə səssiz qalır. Dünən sosial şəbəkədə bir açıqlama verdi. Dedi ki, bu müddət ərzində mətbuata danışmadım, açıqlama vermədim, məmləkətim üçün doğru olduğuna inandığım qərar verəndə, bunu hər kəs biləcək.


Diqqət edin: partiya qurma iddiaları ilə bağlı xəbərləri təkzib etmədi. Məhərrəm İncə nəbz yoxlayır”./Teleqraf.com

Xəbər lenti