Xəzər Xəbər

Gürcüstanda COVID-19-a yoluxanların sayı 1 177-yə çatdı

Dünya | 10:48 • 2 Avqust 2020
Gürcüstanda COVID-19-a yoluxanların sayı 1 177-yə çatdı

Gürcüstanda son sutkada  koronavirusa 6 yeni yoluxma halı təsdiqlənib, daha 8 nəfər sağalıb.


Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.


Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 177, sağalanların sayı isə 955 nəfərə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 17, aktiv koronavirus xəstələrinin sayı isə 205 nəfər təşkil edir.


Hazırda Gürcüstan üzrə karantində 6 969, stasionar nəzarətdə isə 285 nəfər saxlanılır./report

Rubrikanın digər xəbərləri

Xəbər lenti