Xəzər Xəbər

ABŞ-da indiyədək koronavirusdan 140 min 185 nəfər ölüb

Dünya | 17:12 • 16 İyul 2020
ABŞ-da indiyədək koronavirusdan 140 min 185 nəfər  ölüb

ABŞ-da son sutka ərzində koronavirusa 71 min 750 yoluxma və 1001 ölüm faktı qeydə alınıb.


Xezerxeber.az pandemiyanın onlayn statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ABŞ-da həm yoluxma, həm də ölüm halları bir gün əvvələ nisbətən artıb. İyulun 14-də ölkədə koronavirusa yoluxanların sayı 65 min 594 nəfər, ölənlərin sayı isə 935 nəfər idi.


Saytın Bakı vaxtı ilə bu gün saat 16:00-a olan məlumatına əsasən, ABŞ-da pandemiyanın başlanğıcından indiyədək 3 milyon 618 min 739 nəfər koronavirusa yoluxub,140 min 185 nəfər həyatını itirib, 1 milyon 646 min 683 xəstə sağalıb. Müalicəsi davam edən 1 milyon 831 min 871 xəstədən 16 min 459-nun vəziyyəti ağır qiymətləndirilir.


Birləşmiş Ştatlar COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayına görə dünyada birinci yerdədir.

Xəbər lenti