Xəzər Xəbər

Hərbi helikopter qəzaya uğrayıb, 2 pilot ölüb

Dünya | 14:44 • 16 İyul 2020
Hərbi helikopter qəzaya uğrayıb, 2 pilot ölüb

Çinin Tayvan adasında hərbi helikopterin təcili eniş zamanı qəzaya uğraması nəticəsində 2 pilot ölüb.


ABŞ istehsalı olan "OH-58D" tipli helikopter adanın şimalındakı "Hsinçu" bazasında illik hərbi təlimləri zamanı qəzaya uğrayıb. Qəza nəticəsində yanğın da meydana gəlib. Ağır yaralı halda hospitala çatdırılan pilotların həyatını xilas etmək mümkün olmayıb.


Yerli hökumət müvafiq qurumlara qəzanın səbəblərini araşdırmağı tapşırıb.


Qeyd edək ki, bu, Tayvanda son 2 ildə həmin növ helikopterlərin iştirakı ilə 3-cü qəzadır. Bundan əvvəlki iki qəzada insan tələfatı olmamışdı. Cari ilin yanvarında isə yenə ABŞ istehsalı olan "Black Hawk" helikopterinin dağa çırpılaraq partlaması nəticəsində Tayvan adasındakı qondarma "Çin Respublikası" silahlı qüvvələrinin qərargah rəisi Şen Yi-min də daxil olmaqla, 8 hərbçi ölmüşdü.

Xəbər lenti