Xəzər Xəbər

Yaponiyada təbii fəlakət qurbanlarının sayı 70 nəfərə çatıb

Dünya | 09:48 • 13 İyul 2020
Yaponiyada təbii fəlakət qurbanlarının sayı 70 nəfərə çatıb

Yaponiyanın cənub-qərbində güclü yağışlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 70 nəfərə çatıb, daha 13 nəfərin itkin düşdüyü bildirilir.


Bir həftədən çoxdur davam edən güclü yağışlar Kyuşü adasında və Hönşü adasının cənubunda ciddi fəsadlar törədib. Sinoptiklərin proqnozlarına görə, iyulun 13-də Kyuşü adasının şimalında 150 millimetr, iyulun 14-də isə 300 millimetr yağıntı düşəcəyi gözlənilir.


Son məlumatlara görə, yağışların cənginə aldığı 11 prefekturada 13 minə yaxın ev ya tamamilə, ya da qismən dağılıb. Bir sıra yaşayış məntəqələrinin kənar aləmlə əlaqələri kəsilib. Kumamoto və Oiça prefekturalarında 9 minə yaxın ailə susuz qalıb.


Güclü yağışlar nəticəsində Yaponiyanın mərkəzi hissəsində yerləşən Qifu prefekturasında yaşı təqribən 1300-1400 il olan ağac aşıb. Mütəxəssislərin rəyinə görə Şimma məbədində yerləşən 40 metr hündürlüyündə ağac torpağın yağışlar nəticəsində həddindən artıq yumşalması səbəbindən aşıb.


Kyodo agentliyinin yaydığı məlumata görə, iyulun 13-də Baş Nazir Şinzo Abenin fəlakət rayonuna səfəri planlaşdırılır.

Xəbər lenti