Xəzər Xəbər

Rusiyada yeniyetmə qızlara qarşı zorakılıq edən erməni həkim azadlıqdan məhrum edilib

Dünya | 16:25 • 11 İyul 2020
Rusiyada yeniyetmə qızlara qarşı zorakılıq edən erməni həkim azadlıqdan məhrum edilib

Rusiyada həddi-buluğa çatmamış pasiyentlərinə qarşı zorakılıq hərəkətləri etmiş həkim Armen Oqanesyan 10 il müddətinə azadlıqdan məhrum olunub.


AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqda yeniyetmə qız pasiyentlərinə qarşı zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 60 yaşlı həkim-anastezioloq Armen Ohanesyana hökm oxunub. O, beş yeniyetmə qızı narkoz altında olarkən zorlamaqda təqsirləndirilir.


Sankt-Peterburqun "Yuventa” klinikasında çalışan A.Ohanesyan 6 il müddətinə həkimlik fəaliyyəti göstərməkdən də məhrum edilib.

Xəbər lenti