Xəzər Xəbər

Gürcüstanın turizm sektorunun 4,5 milyard lari borcu var

Dünya | 14:37 • 9 İyul 2020
Gürcüstanın turizm sektorunun 4,5 milyard lari borcu var

Gürcüstanın turizm sektorunun hazırda 4,5 milyard lari (təqribən 1,30 milyard avro) borcu var. Bu məbləğin 3 milyard larisi hüquqi şəxslərin, 1,5 milyardı isə turizm sahəsində çalışan fiziki şəxslərin payına düşür.


Bu sözləri Gürcüstanın Mehmanxana və Restoranlar Federasiyasının rəhbəri Şalva Alaverdaşvili söyləyib.


Onun sözlərinə görə, 2021-ci ilin yanvarına qədər heç kim bu məbləği ödəyə bilməyəcək.


"Vəziyyətdən çıxış yolu Gürcüstanda turizm vergisinin tətbiq edilməsidir”, – deyə Alaverdaşvili vurğulayıb.


Bildirilib ki, Tbilisidə turist orta hesabla 3,5-4 gün qalır. Əgər bir ildə şəhərə 2 milyon turist gəlsə, il ərzində vergi hesabına 7 milyon avro toplamaq olar.


Federasiya rəhbəri deyib ki, vergi bir gün üçün 1-2 avrodan çox olmamlıdır.


Ş.Alaverdşvili onu da qeyd edib ki, turizm sektorunda verginin tətbiqi ilə əlaqədar müvafiq qanun layihəsi də hazırlanıb.

Xəbər lenti