Xəzər Xəbər

Tokionun indiki qubernator seçkilərdə qələbə qazanıb

Dünya | 17:26 • 5 İyul 2020
Tokionun indiki qubernator seçkilərdə qələbə qazanıb

Yaponiya İctimai Televiziyasının keçirdiyi ekzitpolun nəticələrinə görə, ölkə paytaxtının indiki qubernatoru Koike Yuriko iyulun 5-də keçirilən seçkilərdə inamlı qələbə qazanıb və ikinci müddətə seçilib.


Həmin ekzitpolun nəticəsinə əsasən, xanım Koike Yuriko səslərin 60 faizdən çoxunu toplayıb. Onun ardınca 20 faizdən bir qədər çox səs toplamış müxalifətdə olan Konstitusiyalı Demokratlar Partiyasının (KDP) nümayəndəsi Kenci Utsunomiya gəlir.


Səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb. Hazırda səslərin hesablanması davam edir.

Xəbər lenti