Xəzər Xəbər

Özbəklər Rusiya-Qazaxıstan sərhədinə toplaşır

Dünya | 12:54 • 4 İyul 2020
Özbəklər Rusiya-Qazaxıstan sərhədinə toplaşır

Rusiyanın Maştakovo və Qazaxıstanın Saqarçin sərhəd keçid məntəqəsi yaxınlığında Özbəkistan vətəndaşlarının toplanması müşahidə edilir.


XəzərXəbər xəbər verir ki, bu məlumatı Özbəkistan Xarici İşlər Nazirliyi yayıb.


Nazirlik hazırda Özbəkistanın Moskvadakı və Nur-Sultandakı səfirlikləri, eləcə də Kazan və Aktaudakı konsulluqlarının situasiyanı nəzarətdə saxladığını bildirib. Bununla bərabər rəsmi Daşkənd Rusiya və Qazaxıstanın müvafiq orqanları ilə danışıqlar apardığını açıqlayıb.



Xarici İşlər Nazirliyi həmçinin 1 iyundan etibarən Rusiyanın müxtəlif şəhərlərindən Özbəkistan vətəndaşlarının ölkəyə geri dönmələri üçün 25 çarter reysinin təşkilinin planlaşdırıldığını vurğulayıb:


"Bununla əlaqədar olaraq Rusiya ərazisində olan həmvətənlərimizdən Rusiya-Qazaxıstan dövlət sərhəd keçid məntəqələrinə getməyə cəhd etməmələrini və cari yerlərində qalaraq, bütün karantin tədbirlərinə ciddi riayət etmələrini xahiş edirik”.

Xəbər lenti