Xəzər Xəbər

Fövqəladə vəziyyət rejimi iyulun 31-dək uzadıldı

Dünya | 09:46 • 30 İyun 2020
Fövqəladə vəziyyət rejimi iyulun 31-dək uzadıldı

Tailandda COVID-19 pandemiyası ilə əlaqədar qüvvədə olan fövqəladə vəziyyət rejimi iyulun sonunadək uzadılıb.

Bu barədə qərarı Baş Nazir Prayut-Çanoçanın rəhbərlik etdiyi operativ qərargah verib. Virusun yayılmasının ikinci dalğası riskinin yüksək olduğunu bildirən Baş Nazir fövqəladə vəziyyət rejiminin iyulun sonunadək uzadılması qərarını müdafiə edib.

"Fövqəladə vəziyyətin qüvvədə olması hökumətə virusun yayılmasının qarşısını almaq üçün qanuni vasitələr verəcək”, - deyən Baş Nazir əlavə edib ki, əgər ikinci dalğa baş verərsə, bu qərar hökumət qurumlarına ölkə sərhədlərini, iş və istirahət mərkəzlərini bağlamaq imkanı verəcək.

Xəbər lenti