Xəzər Xəbər

Fransanın sabiq Baş naziri azadlıqdan məhrum edildi

Dünya | 21:31 • 29 İyun 2020
Fransanın sabiq Baş naziri azadlıqdan məhrum edildi

Fransanın sabiq Baş naziri Fransua Fiyon beş il müddətinə azadlıqdan məhrum edilib.


Baş nazir dövlət vəsaitini əsassız xərcləməkdə, o cümlədən deputat olarkən öz həyat yoldaşı Penelopa Fiyonu köməkçi olaraq saxta şəkildə işə götürməkdə təqsirli bilinib.


Sabiq nazirin cəzasının 3 ili şərti olaraq verilib. Eyni zamanda, P.Fiyon da 3 il müddətinə şərti azadlıqdan məhrum etmə və 375 min avro məbləğində cərimə ilə cəzalanıb.


Hər iki şəxs qərardan apellyasiya şikayəti verəcəyini deyib.


Qeyd edək, Fransua Fiyon Nikolya Sarkozinin hökumətində 2007-2012-ci illərdə Fransanın Baş naziri olub.

Xəbər lenti