Xəzər Xəbər

Dünyada koronavirusa yoluxanların sayı 7 milyona yaxınlaşır

Dünya | 11:15 • 3 İyun 2020
Dünyada koronavirusa yoluxanların sayı 7 milyona yaxınlaşır

Dünyada koronavirusdan sağalanların sayı 3 milyona yaxınlaşır.

XəzərXəbər xəbər verir ki, COVID-19-a yoluxanların sayı 6 milyon 440 minə çatır. Dünyada koronavirusdan ölənlərin sayı 380 mini ötüb.

Son sutka ərzində ABŞ (1 milyon 869 min yoluxma, 107 min ölüm) da daxil olmaqla, bir sıra ölkələrdə virusa yoluxanların və ölənlərin sayı artıb. Braziliyada koronavirusa yoluxanların sayı 531 min 768 nəfərə çatıb. Bu ölkədə 30 152 nəfər pandemiyanın qurbanı olub, virusa yoluxmuş 211 min 80 nəfər sağalıb.

Rusiyada COVID-19-a yoluxma halları 423 min 741-ə, ölüm halları 5 min 37-ə yüksəlib, 186 min 985 nəfər sağalıb.

İspaniyada koronavirusa ümumilikdə 287 min 012 yoluxma qeydə alınıb. Son iki gündür ölkədə COVID-19-dan ölüm qeydə alınmır. Bununla yanaşı, İspaniya pandemiyaya 27 min 12 qurban verib.

İtaliyada pandemiya qurbanlarının sayı 33 min 530-a, Fransada 28 min 940-a, Britaniyada 39 min 369-a yüksəlib.

Xəbər lenti