Bu il İraqın və Suriyanın şimalında Türkiyə ordusunun keçirdiyi hərbi əməliyyatlar zamanı zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.
Xezerxeber.az-ın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib ki, yanvarın 1-dən etibarən İraqın və Suriyanın şimalında 1458 terrorçu zərərsizləşdirilib.