Xəzər Xəbər

ABŞ Braziliyaya süni tənəffüs cihazı göndərəcək

Dünya | 09:14 • 25 May 2020
ABŞ Braziliyaya süni tənəffüs cihazı göndərəcək

ABŞ Braziliyaya min ədəd süni tənəffüs cihazı göndərəcək.


Xezerxeber.az TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının "Twitter" səhifəsində deyilir.


Məlumatda bildirilir: "ABŞ administrasiyası tibbi yardım kimi Braziliyaya min ədəd süni tənəffüs cihazı göndərir. ABŞ Braziliya hökumətinin ciddi səylərini (pandemiya ilə mübarizədə - red.) görür və tezliklə müdafiə və ticarət sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir".


Qeyd edək ki, daha əvvəl ABŞ son 14 gün ərzində Braziliyaya səfər etmiş əcnəbilərin ölkəyə girişinə qadağa qoyub.

Xəbər lenti