Xəzər Xəbər

Moskvada banka hücum: İnsanları girov götürən şəxs saxlanıldı

Dünya | 16:30 • 23 May 2020
Moskvada banka hücum:

Moskvada naməlum şəxs banka hücum edərək ordakı şəxsləri girov götürüb.


TASS-ın verdiyi xəbərə görə, naməlum şəxs Mokvada "Zemlyanoy Val" küçəsində yerləşən "Alfa-bank"ın ofisinə hücum edərək oradakı ən azı beş nəfəri girov götürüb.


Binanı partlatmaqla hədələyən qara maskalı şəxs əlindəki torbada partlayıcı qurğunun olduğunu iddia edib.


Son məlumata görə, bank binasına hücum edən şəxs artıq təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.


****

Rusiyanın paytaxtı Moskvada naməlum şəxs "Alfa-Bank”ın filiallarından birinə silahlı hücum edərək beş nəfəri girov götürüb.

TASS agentliyi xəbər verir ki, silahlı şəxs bank rəhbərliyindən külli miqdarda pul tələb edir.

İlkin məlumata görə, banka basqın edən şəxs kuryer işləyir, yemək sifarişlərinin çatdırılması ilə məşğuldur.

Banka hücüm edən vaxt onun əynində qara gödəkçə,idman şalvarı və qara maska olub.

O,binanı partladacağı ilə bağlı hədələyib.


Xəbər lenti